CƏMİYYƏT


Quba və Qusarın dağlıq ərazilərinə 15 santımetrədək qar yağıb

Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, ən çox yağıntı Qusarın Ləzə kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 17 santimetrə çatır. Xızının Altıağac qəsəbəsinə 10, Qubanın Xınalıq kəndinə 4, Qusar ərazisinə isə 5 santimetr qar yağıb.