Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubaya dolu yağıb

17.05.2017 [11:17]

Xəbərin mətni
Bir neçə gündür davam edən yağış mayın 16-sı günün ikinci yarısında şiddətli doluya çevrilib. Dolunun yağması təxminən 10 dəqiqə davam edib. Dolu Qubanın Güləzi inzibati ərazi dairəsinə aid kəndlərdə təsərrüfatlara ziyan vurub.