İDMAN


Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Gəncə Marafonu" keçirilib

Azərbaycanın qədim tarixə sahib Gəncə şəhəri “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında marafona ev sahibliyi edən ilk şəhərdir. “Gəncə Marafonu–2017” Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub. Marafon Gəncə şəhərində “Zəfər Tağı”ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır