“Qəbələ Arxeologiyası” mövzusunda beynəlxalq elmi seminar keçirilib
21.10.2017 [18:46]
Xəbərin mətni
Oktyabrın 21-də SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Qəbələ Arxeologiyası” mövzusunda beynəlxalq elmi seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, Qəbələ Arxeoloji Mərkəzində təşkil olunan seminar iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.