Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fiziki məhdudiyyətli olmaq xoşbəxtlik üçün əngəl deyil

29.01.2018 [16:01]

Xəbərin mətni
Ötən il iyunun 19-da Gəncədəki şadlıq saraylarından birində keçirilən toy həmişəki kimi insanların qol qaldırıb oynadığı, sevindiyi və təbriklər söylədiyi ənənəvi çal-çağırlı toylardan fərqlənirdi. Toyu fərqli edən səbəb isə bəylə gəlinin - Namazla Fatimənin uşaqlıqdan inkişaf zəifliyi xəstəliyinin daşıyıcısı olması idi.