Azərbaycanın dəniz sərhədini pozan İran vətəndaşları tutulub
09.03.2018 [18:12]
Xəbərin mətni
Martın 8-də gecə saat 01:25 radələrində Astara rayonu ərazisində Sahil Mühafizəsi tərəfindən naməlum üzmə vasitəsinin dövlət sərhədini pozaraq sərhəd sularımıza daxil olması haqqında məlumat daxil olub. Üzmə vasitələrinin hərəkətləri nəzarətdə saxlanılaraq həmin istiqamətdə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisinə müvafiq tapşırıqlar verilib, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöqtələrdə xidmət təşkil olunub.