Məktəblilərin Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası başa çatıb
29.03.2018 [17:21]
Xəbərin mətni
Masallı, Cəlilabad, Hacıqabul, Biləsuvar, Cəbrayıl, Xocavənd və Zərdab rayonlarını təmsil edən məktəblilərin ölkəmizin şimal bölgəsinə ekskursiyası martın 29-da başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeddi rayondan olan 300-ə yaxın şagird “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba və Qusardan sonra Xaçmaz şəhərinin görməli yerləri ilə tanış olublar.