İDMAN
Ağdamın “Qarabağ” futbol klubuna Türkiyədən xüsusi mükafat
05.04.2018 [11:00]
Xəbərin mətni
Aprelin 4-də Türkiyənin məşhur media orqanlarından olan “Milliyet” qəzeti tərəfindən təsis edilən “İlin idman mükafatları-2017”nin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “İlin komandası” mükafatına namizədlər arasında Ağdamın “Qarabağ” futbol klubu da olub.
“Qarabağ” klubu “Jüri” xüsusi mükafatı ilə təltif edilib. Mükafatı klubumuzun vitse-prezidenti Tahir Gözələ futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku təqdim edib. Tahir Gözəl mükafat alarkən təşəkkür nitqindən sonra Nəsiminin şeirini səsləndirib.