Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Shamkir Chess-2018”: Dünya şahmatının liderləri Şəmkirə toplaşır

05.04.2018 [12:21]

Xəbərin mətni
Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə ənənəvi 5-ci beynəlxalq superturnir keçiriləcək. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Synergy Group”un tərəfdaşlığı ilə keçiriləcək XXI kateqoriyalı Vüqar Həşimov Memorialında bu dəfə də FIDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparacaq.