Cəzaçəkmə müəssisələrində məhkumların səs vermələri üçün hər cür şərait yaradılıb
11.04.2018 [18:11]
Xəbərin mətni
Aprelin 11-də KİV nümayəndələrindən ibarət dörd qrup Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində səsvermə prosesini müşahidə ediblər.
AZƏRTAC xəbər verir ki, prezident seçkiləri ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyindəki cəzaçəkmə müəssisələrində yaradılan seçki məntəqələrində səsvermə prosesi şəffaf və ədalətli qaydada keçirilib.