Azərbaycan Dövlət İnformasiya Agentliyi

Binəqədidə evdən 70 min ABŞ dolları oğurlayan dəstə üzvləri tutulublar

08.06.2018 [11:36]

Xəbərin mətni
Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində bu ilin yanvarında Şamil Şirinovun evindən 70000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri - Elgün Yusifov, Elşad Nazmzaov və Kəlbəcər rayon sakini Röyal Sabirli saxlanılıb.