“Şəms” tərcümə şirkəti: Yeni texnologiyaların tətbiqi zamanın tələbidir
18.06.2026 [12:16]
Xəbərin mətni
“Şəms” tərcümə şirkəti artıq 25 ildən çoxdur ki, ölkəmizdə və beynəlxalq aləmdə yazılı, şifahi tərcümə sahəsində öz sözünü demiş şirkətdir. Bu gün keçirilən “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə yeni məhsulla təmsil olunuruq. Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə iştirak edən “Şəms” tərcümə şirkətinin Linqvistik keyfiyyətə nəzarət şöbəsinin rəhbəri İlhamə Abasova deyib.