CƏMİYYƏT


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda yanğın olan ərazidə atmosferdən nümunələr götürüb

Ziya Bünyadov prospektindəki tikinti materiallarının satışı bazarında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində havaya qatı tüstü və qoxu yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə gedərək monitorinq və araşdırma işlərinə başlayıblar.