İQTİSADİYYAT


Şimal rayonlarında 1077 istifadəçiyə lizinq yolu ilə 3 minə yaxın kənd təsərrüfatı texnikaları verilib

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətə başladığı 2005-ci ildən indiyədək Xaçmaz, Quba, Qusar, Siyəzən, Xızı və Şabran rayonlarından olan 1077 istifadəçiyə lizinq yolu ilə ümumi dəyəri 44 milyon 604 min 667 manat təşkil edən 2 min 935 ədəd kənd təsərrüfatı texnikaları verilib. Bu barədə “Aqrolizinq” ASC tərəfindən “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində Xaçmazda təşkil olunan görüşdə bildirilib.