MƏDƏNİYYƏT


Turistlər Yeni il bayramını ölkəmizin şimal rayonlarında qarşılamağa üstünlük verirlər

Yeni il bayramı ilə əlaqədar Qusar, Quba və Xaçmazdakı otel və istirahət mərkəzlərindəki yerlərin böyük hissəsi əvvəlcədən sifariş olunub.2018-ci ilin son, yeni ilin isə ilk günlərini Qusar rayonunda keçirmək istəyənlər daha çoxdur. Bayrama 20 gündən çox vaxt qalmasına baxmayaraq, rayon ərazisində yerləşən əksər turizm obyektlərində otel yerlərinin 70-80 faizi bron edilib.