İQTİSADİYYAT


Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçirilir

Kənd Təsərrüfatı və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə ADA Universitetində keçirilən forumun açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, dövlət qurumlarının rəsmiləri, fermer təsərrüfatlarının rəhbərləri, yaşıl texnologiyalar üzrə xarici ekspertlər, startap və texnoloji şirkətlərin nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak edib.