İQTİSADİYYAT


Babək prospektinin yenidən qurulması işləri yekunlaşıb

Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, prospekt boyunca 4 kilometrə yaxın kanalizasiya kollektoru, 1000 və 800 millimetr diametrli polad borularla 7 kilometr uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 kilometr uzunluğunda paylayıcı kəmərlər olmaqla, ümumilikdə 30 kilometrə yaxın su xətti çəkilib.