Azərbaycan Dövlət İnformasiya Agentliyi

Metronun "Nəriman Nərimanov" stansiyasında "Azərbaycanın görkəmli rəssamları” adlı sərgi açılıb

20.12.2018 [14:03]

Xəbərin mətni
“Bakı Metropoliteni” QSC ilə Azərbaycan Milli İncəsənət Muzeyi “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Nəriman Nərimanov” stansiyasında Azərbaycanın görkəmli rəssamlarının əsərlərinin reproduksiyaları nümayiş olunur. Sərnişinləri Azərbaycanın təsviri sənət antologiyası ilə tanış etmək üçün sərgidə muzeyin kolleksiyasından XVII əsrdən günümüzə qədərki dövrə aid 85 boyakarlıq və qrafik əsərin reproduksiyaları təqdim olunur.