MƏDƏNİYYƏT


Dadlı: Ləzgi mantısı

Qusara qonaq gələn əcnəbi və yerli turistlər restoranlarda ət yeməklərinə daha çox üstünlük verirlər. Amma yeməklərin şahı sayılan “Şah plov” və dadı damaqdan getməyən ləzgi pizzası adlandırılan skan da tez-tez istənilən təamlar sırasındadır. Qış aylarında isə xəmir xörəklərini, xüsusilə ləzgi mantısını sifariş edənlər çox olur. Xəmir xörəkləri arasında ləzgi mantısı turistlərin ən çox bəyəndiyi yeməklərdəndir. Qusarda bişirilən ləzgi mantısı həm hazırlanma qaydasına, həm də tərkibinə görə tam fərqlidir. Ənənəvi mantılarda içlik ətdən olsa da, ləzgi mantısında əti xırdalanmış qoz əvəz edir.