CƏMİYYƏT


Quba, Qusar və Xızı rayonlarının ərazisinə yağan qarın qalınlığı 10 santimetrdən çoxdur

Yanvarın 9-u gecə saatlarından Azərbaycanın şimal rayonlarına qar yağmağa başlayıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dağlıq ərazilərdə temperatur mənfi 9 dərəcəyədək düşüb. Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərində qarın qalınlığı 10 santimetrdən çoxdur. Ən çox yağıntı Qubanın Qırız, Xınalıq kəndlərində və Xızının Altıağac qəsəbəsində qeydə alınıb. Qırız kəndində qarın hündürlüyü 12, Xınalıqda 8, Altıağacda isə 7 santimetrdir.