CƏMİYYƏT


Quba-Xaçmaz yolunda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb

Yanvarın 10-u səhər saatlarında Qubada ağır yol qəzasında ölənlərin sayı 3-ə çatıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində “Ford” markalı yük avtomobili “VAZ 21010” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan 2 nəfər hadisə yerində ölüb. Bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.