Azərbaycan Dövlət İnformasiya Agentliyi

ÜGT və Azərbaycan Gömrük Xidməti arasında səmərəli əlaqələr daha da güclənəcək

14.01.2019 [18:07]

Xəbərin mətni
Yanvarın 14-də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ÜGT ilə Azərbaycan gömrüyü arasında hər zaman səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayıb.