Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir
12.06.2026 [17:01]
Xəbərin mətni
Bölgələrdə keçirilən müşavirələrin məqsədi aqrar sahə üzrə 2026–2030-cu illər üçün Dövlət Proqramından irəli gələn vəzifələrin izah edilməsi, nəzərdə tutulan hədəflərin fermerlərə və sahibkarlara çatdırılmasıdır. Eyni zamanda bu hədəflərə nail olmaq üçün hansı alətlərdən istifadə ediləcək, dövlət tərəfindən hansı dəstək göstəriləcək, bu dəstəyin həcmi nə olacaq — bütün bunlar izah olunur. Bunu Göygöl rayonunda jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.