ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir
12.06.2026 [18:07]
Xəbərin mətni
Keçmiş təmas xəttinə düşən ərazilər sadəcə xəritədə qeyd olunan təhlükəli zonalar deyil. Bu torpaqlar uzun illər müharibənin izlərini daşıyan, hər addımında mina təhlükəsi gizlənən ərazilərdir. Burada aparılan humanitar minatəmizləmə əməliyyatları yalnız texniki proses deyil, eyni zamanda, insanların doğma yurdlarına təhlükəsiz qayıdışı uğrunda aparılan həyati bir missiyadır. Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı məlumatda bildirilib.