Bakıda silahlı şəxs saxlanılıb
17.01.2019 [14:08]
Xəbərin mətni
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəllər dəfələrlə məhkum edilmiş paytaxt sakini Çingiz Maşallayevdə odlu silah olması barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə əməliyyat məlumatı daxil olub. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Onun əlindəki idman çantasına baxış zamanı “AKM” markalı avtomat silah, 21 patron və bir patron darağı aşkar edilərək götürülüb.