CƏMİYYƏT


Şəhidlərimizin xatirəsi metronun “20 Yanvar” stansiyasında və 20 Yanvar meydanında anılıb

Bu gün 20 Yanvar faciəsinin 29-cu ildönümü ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunmaqdadır. İllər ötsə də, şəhidlərimizə olan ümumxalq sevgisi tükənmir və xalqımız ölməz oğul və qızlarımızın xatirəsini böyük ehtiram hissi ilə anır. Məhz elə bu səbəbdən də hər il olduğu kimi, bu il də “Bakı Metropoliteni”nin “20 Yanvar” stansiyasının üzərindəki 20 Yanvar dairəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarətə gələnlərin ardı-arası kəsilmirdi.