ELM VƏ TƏHSİL


IAEA-nın idarə heyətinin üzvü Bakıda keçiriləcək “IAEA 2019” konfransının hazırlıq işləri ilə tanış olub

Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) idarə heyətinin üzvü və qiymətləndirmə üzrə təhsil eksperti Yan Uiqers yanvarın 31-dən fevralın 2-dək Bakıda işgüzar səfərdədir. Səfərin əsas məqsədi sentyabrın 22-27-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Qiymətləndirmə və qərar qəbuletmə: fərdi və institusional həll yolları” mövzusunda Bakıda keçiriləcək “IAEA 2019” konfransı ilə bağlı bir sıra məsələləri müzakirə etmək, konfransa hazırlıq işləri ilə tanış olmaq, eyni zamanda, DİM-in imtahanlarda iştirak edən işçi heyəti ilə görüşlər keçirməkdir.