ELM VƏ TƏHSİL


Qubada müəllim işləyən bakılı qız

Bakı şəhərindən olan gənc müəllim Nigar Bəşirova artıq ikinci tədris ilidir ki, Quba rayonundakı İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində çalışır. Gənc pedaqoq Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra pedaqoji fəaliyyətə Quba rayonunda başlayıb. Nigar Bəşirova işini sevdiyini, yolun uzaqlığının onun üçün ciddi çətinlik yaratmadığını deyir. Doğma şəhərindən uzaqda müəllimlik etməsi ilə qürur duyur.