Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubanın Alekseyevka kəndində 960 şagird yerlik yeni məktəb binası tikilir

11.02.2019 [17:48]

Xəbərin mətni
Kənddə təhsil ocağının inşasına ötən ilin dekabr ayından başlanılıb. Üçmərtəbəli binada 40 sinif, 6 laborotoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, akt, oxu zalları, kitabxana və 234 yerlik yeməkxana olacaq.