MƏDƏNİYYƏT


Azərbaycanlı dizayner Nyu-Yorkda keçirilən moda həftəsində yeni kolleksiyasını təqdim edib

Azərbaycanlı dizayner Rüfət İsmayıl Nyu-York Moda Həftəsi çərçivəsində özünün 22 modeldən ibarət “Butterfly Efffect” (“Kəpənək effekti”) adlı yeni kolleksiyasını dünyanın əfsanəvi fashion məkanı olan “Springs Studio”da təqdim edib. Monarx kəpənəyinin qanadlarını xatırladan naxış nümunələri əsasında şifon, ipək, əl işi olan xüsusi krujeva kimi lüks parçalardan istifadə olunub. Bu parçaları bəzəyən əl işləri libasların orijinallığından xəbər verir.