Siyəzəndə geyim mağazasından oğurluq edən şəxs saxlanılıb
01.03.2019 [17:04]
Xəbərin mətni
Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisindəki Elnur Abdullayevə məxsus geyim mağazasından oğurluq edən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 48 yaşlı Mais Nəzərov mağazadan 30 cüt kişi və qadın ayaqqabısı oğurlayaraq zərərçəkənə min manata yaxın maddi ziyan vurub.