CƏMİYYƏT


Ağsuda yük avtomobili kanala aşıb, sürücü ölüb

Hadisə dünən saat 17 radələrində rayonun Ərəbmehdibəy kəndi ərazisində baş verib. Belə ki, sürücü, 52 yaşlı Kəlbəcər sakini Məmmədov Mübariz Ağa oğlu Şirvan kanalı üzərindən “Shacman” markalı yük maşını ilə hərəkətdə olarkən səhhəti ağırlaşıb və idarəetməni itirib.