Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb
13.06.2026 [16:39]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası keçirilib. İclasda TDT-yə üzv və müşahidəçi dövlətlərin rəqabət orqanlarının təmsilçiləri çıxış edib, iclasın yekunlarına dair Birgə Kommünike imzalanıb.