Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun baş ofisində Novruz şənliyi keçirilib

22.03.2019 [13:54]

Xəbərin mətni
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin təşkilati dəstəyi ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun baş ofisində Novruz şənliyi keçirilib. Tədbirdə hər iki qurumun çoxmillətli əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri, həmçinin Dünya Bankında fəaliyyət göstərən Azərbaycanlılar Assosiasiyasının üzvləri iştirak ediblər.