Azərbaycan Dövlət İnformasiya Agentliyi

Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub

12.04.2019 [02:00]

Xəbərin mətni
Aprelin 11-də dağlardan qopan böyük qaya parçalarının yolun hərəkət hissəsinə düşməsi nəticəsində bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun əməkdaşları xüsusi texnika vasitəsilə qaya parçalarını yoldan kənarlaşdırıblar. Hazırda Xınalıq və əks istiqamətdə avtomobillərin hərəkətində heç bir maneə yoxdur.