CƏMİYYƏT


Jurnalistlər çayın vətənində olublar

Çin Beynəlxalq Mətbuat Mərkəzinin nəzdindəki “Çin-Avrasiya” mətbuat mərkəzinin layihəsinin iştirakçıları çayın vətənində - Çinin Sıçuan əyalətinin Yaan şəhər dairəsində olublar.

Yaan dairəsi çayın vətəni sayılır, çünki ilk dəfə olaraq məhz burada bu ətirli içkinin istehsalı başlayıb. Dairənin əhalisi təxminən 2 milyon nəfərdir. Yerli sakinlər əsasən çay plantasiyalarında çalışırlar.