CƏMİYYƏT


Bakıda bərk məişət tullantılarının idarə olunması konsepsiyası hazırlanır

Bakıda hər il təxminən 1,5 mln. ton tullantı yaranır və bu rəqəm şəhər genişlənib inkişaf etdikcə daha da artacaq. Bunu Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyasının təqdimatında "Mott MacDonald" şirkətinin səlahiyyətli nümayəndəsi Martin Saymon deyib.