Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bədii gimnastika üzrə dünya kuboku turnirində gərgin idman mübarizəsi davam edir

27.04.2019 [17:38]

Xəbərin mətni

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya kuboku turnirində gərgin idman mübarizəsi davam edir.

AZƏRTAC xəbər verir ki, fərdi proqramda Azərbaycanı təmsil edən Zöhrə Ağamirova gürzlərlə hərəkətlərdə çıxışını başa vurub. B qrupunda yarışan gimnastımız 18,700 xal toplayıb.