Azərbaycan Dövlət İnformasiya Agentliyi

YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlıda növbəti humanitar-sosial aksiya keçirib

29.04.2019 [17:56]

Xəbərin mətni

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində növbəti humanitar-sosial aksiya keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cocuq Mərcanlıya təşkil edilən səfərdə YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin üzvləri, partiya fəalları, tələbələr və gənc könüllülər iştirak ediblər.