CƏMİYYƏT


Bakıda qadına qarşı quldurluq edən qardaşlar saxlanılıblar

Binəqədi rayonu A.Kunanbayev küçəsi 22 ünvanında paytaxt sakini X. Əhmədovaya qarşı quldurluq edib. Naməlum şəxslər qadına binanın girişində hücum ediblər. Binəqədi Rayon Polis İdarəsi İdarəsi Cinayət Axtarış Şöbəsi, 5-ci Polis  Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Nurlan Həsənzadə və qardaşı Ruslan saxlanılaraq istintaqa təqdim ediliblər.