İQTİSADİYYAT


Masallıda kənd sakinlərinə cücələr pulsuz paylanılır – iş adamı məqsədlərini açıqladı

Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə mühüm addımlar atılır. Buna misal kimi, kənd sakinlərinin məşğulluğunu artırmaq üçün Masallının Kolatan kəndində əsasən qadınlardan ibarət yaradılan kooperasiyanı qeyd edə bilərik. İnkubator cücə sexi onlara öz təsərrüfatlarını qurmaqda böyük dəstək olur.