İDMAN


Futbol idman yoxsa biznesdir - Bakıda müzakirələr

Mayın 15-də Bakıda AFFA-nın və UEFA-nın təşkilatçılığı ilə “Futbol və biznes” sammiti işə başlayıb.

Sammit üç bölmə iclasından ibarət olacaq. “Futbolun makroiqtisadi təsiri” mövzusunda birinci panel də çıxış edən AFFA-nın nümayəndəsi Tural Piriyev futbolun dünyada populyar idman növü olduğunu bildirib. O deyib ki, idmanın bu növünün dünyada kütləviliyi durmadan artır. Hazırda valideynlər övladlarını futbolla məşğul olmasına üstünlük verirlər.