Natiq Baxışov: Azərbaycanda aparılan hər bir islahat ABŞ-da müsbət qarşılanır
16.05.2019 [19:42]
Xəbərin mətni
ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov mayın 16-da Azərbaycan Dövlət İnformasiya Agentliyində olub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovla görüşdə agentliklə ABŞ-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlığa dair birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdən sonra Palatanın icraçı direktoru AZƏRTAC-a müsahibə verib.