İQTİSADİYYAT


Təhlükəsiz qida – Bakıda beynəlxalq müzakirələr

Mayın 17-də II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı işə başlayıb. Konfrans Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisi çərçivəsində təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AQTA-nın sədri Qoşqar Təhməzli konfransın keçirilməsində əsas məqsədlərdən birinin qida təhlükəsizliyi sahəsində xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək, həyata keçirmək və bu istiqamətdə mütəmadi olaraq fikir mübadiləsi aparmaqdan ibarət olduğunu qeyd edib.