İQTİSADİYYAT


Bakıda “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu” keçirilir

Mayın 21-də Bakıda Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankının (ADB) birgə təşkilatçılığı ilə “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu” öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, forumda çıxış edən Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət maliyyə idarəetməsi, o cümlədən dövlət borcunun idarə olunması sahəsində həyata keçirilən islahatlar, dövlət borcunun idarə edilməsi strategiyası, habelə Azərbaycanın bu sahəyə ayırdığı diqqət barədə forum iştirakçılarını məlumatlandırıb.