İQTİSADİYYAT


İtaliyalı mütəxəssislər Qubada fındıq bağları ilə tanış olublar

İtaliyalı mütəxəssislər Quba-Xaçmaz zonasında yeni texnologiya ilə salınan fındıq bağları ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə İtaliyanın “Ferroro” şirkətinin birgə həyata keçirdiyi layihə çərçivəsində institutun ərazisində ilkin olaraq 2 hektar bağ salınıb.

Yeni texnologiya üzrə salınan fındıq bağlarında introduksiya edilmiş İtaliya mənşəli “Çifoni”, “Romano” və “Naçioni” sortları ilə yanaşı, yerli dədə-baba sortlarından da istifadə olunur.