İQTİSADİYYAT


Qubalı arıçılar bu il təsərrüfatlarından ikiqat məhsuldarlıq gözləyirlər

Qubalı arıçılar bu il təsərrüfatlarından ikiqat məhsuldarlıq gözləyir. Erkən yazda havaların əlverişli keçməsi arı ailələrinə müsbət təsir göstərib.

Qubalı arıçı Telman Balabəyov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda arıçılar arı yeşiklərini arandan dağətəyi ərazilərə köçürürlər. Bu il erkən yazda havanın yağıntılı keçməsi bitkilərin çiçəklənmə dövrünün daha uzun müddətli olmasına şərait yaradıb. Bu da arıların bal toplamaq imkanını artırır.