CƏMİYYƏT


Vaşinqtonda Trans-Xəzər regionu ilə bağlı strateji müzakirələr aparılıb

Mayın 24-də Xəzər Siyasət Mərkəzi və ABŞ Ticarət Palatası Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Özbəkistan səfirliklərinin dəstəyi ilə Vaşinqtonda dördüncü Trans-Xəzər Forumunu keçirib.

Forumla əlaqədar ABŞ Dövlət Departamenti bəyannamə yayaraq iştirakçı ölkələri böyük Xəzər regionunda firavanlığın və sülhün gücləndirilməsi üçün işlər görməyə, Amerika Birləşmiş Ştatları və region ölkələri arasında biznes, akademik, mədəni və digər əlaqələri möhkəmləndirməyə və əməkdaşlığı gücləndirməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır