CƏMİYYƏT


UEFA Avropa Liqasının finalına bileti olanlar avtobuslardan pulsuz istifadə edəcəklər

Futbol üzrə UEFA Avropa Liqasının final oyunu ərəfəsində akkreditasiya olunmuş şəxslər mayın 25-dən 30-dək ictimai nəqliyyatdan, biletli azarkeşlərin isə mayın 28-dən 30-dək kart sistemi ilə işləyən marşrutlardan ödənişsiz istifadə edəcəklər

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.