Xaçmazda avtomobil piyadanı vurub
28.05.2019 [16:58]
Xəbərin mətni
Mayın 28-də Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınan hadisə zamanı Xaçmaz rayon sakini, 1987-ci il təvəllüdlü Yusifov Babək Yusif oğlu “VAZ 21015” markalı avtomobillə vurulub.
Müxtəlif bədən xəsarətləri alan yaralı təcili-tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.